Mərkəzi Seçki Komissiyası artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur:
“Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”, - deyə MSK sədri əlavə edib.