İki avropalı türkün Mübariz İbrahimovla xatirəsi “Bağışla bizi şəhidim...”

Cəmiyyət 11:17 07.02.2020

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz öz qəhrəmanlığı və igidliyi ilə sadəcə Azərbaycana deyil, bütün dünyaya səs salmışdı. Bunun əyani təzahürünü bir müddət əvvəl müşahidə etdim. Dünyanın o biri ucundan iki avropalı Bakıya, Mübarizin qəbrini ziyarət etmək üçün gəlmişdilər...

Təxminən 3 ay bundan əvvəl redaksiyanın həyətində Umud müəllimlə söhbətləşirdik. İki gənc oğlan qəbirlərin arasından bizə yaxınlaşdı. Salam verib, “Biz Şehit Mübarizi arıyoruz” dedilər. Başa düşdük ki, türkdülər. Müsafir etdik, söhbətləşdik. Öyrəndik ki, bu şəxslər Eray və Hidayət adlı iki avropalı türk imiş. Eray Avstriya, Hidayət isə Hollandiya vətəndaşıymış. Əslən türk olsalar da Avropada doğulublar, lakin türkçü və islamçı əqidələrini qoruyub saxlayıblar.

Sual verdim ki, bəs Bakıda nə edirsiz?

Dedilər ki, biz Azərbaycanı da Türkiyə kimi vətən sayırıq. Burada bir igid yatırmış, ermənilərin üzərinə tək gedib 100-dən çoxunu məhv edib, qəhrəmanca şəhid olub. Istədik o qəhrəmanı tanıyaq, üzün görməsək də, məzarını ziyarət edib, ruhuna “Fatihə” oxuyaq.

Diqqət edin, bunları Avropada doğulub böyüyən iki türk deyirdi. O boyda yolu Şəhid Mübarizi ziyarət edib, doğulduğu və uğruna can verdiyi ölkəni tanımaq üçün gələn iki avropalı türk...

Bu gün neçə azərbaycanlı Şəhid Mübarizi ziyarət edir? Və ya regionlardan, xaricdən Bakıya gələn neçə Azərbaycanlı ilk olaraq Mübarizin məzarına gedib “Fatihə” oxuyur?...

Nəysə, apardıq onları II Fəxri Xiyabana. Şəhid Mübarizin məzarının başına gəldik. “Fatihə” oxuduq. Qonağımız olan Eray bəy sual verdi ki, məzarın üzərində nə yazılıb? Cavab verdim ki, Mübarizin şəhid olmadan əvvəl valideyinlərinə yazdığı son məktub məzarının üzərinə həkk edilib. Oxu deyə rica etdilər. Türk dilinə təcrümə edib, oxudum:

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın.”

Bəli, məktubun davamı da var. Lakin mən bu cümləyə qədər oxuya bildim. Sonrası göz yaşları...

Mən orda öz göz yaşlarımdan çox, ömründə ilk dəfə Azərbaycana gələn, ilk dəfə Mübarizi yaxından görən iki avropalı türkün göz yaşlarına heyrət edirdim. Gör insanlarda millət sevgisi nə qədər yüksəkdir ki, bizim Mübarizimizi öz şəhidləri kimi görür, ailəsinə yazdığı son məktubun cümlələrini duyduqca göz yaşlarına hakim ola bilmirdilər.

Əl-qərəz. Çox qürurlu və duyğulu anlar yaşadım o gün. Bir daha fəxr etdim Mübarizimlə, bir daha fəxr etdim Vətənimlə. Lakin həm də üzüldüm, çünki xalqımızın yarısından çoxunda  nə Mübarizin cəsarəti, nə də o iki avropalı türkün Mübariz sevgisi, millət sevgisi yoxdur. Əgər olsaydı indi biz, Mübarizin heykəlinə Şuşada, Xankəndidə gül qoyub, onu uğruna şəhid olduğu torpaqlarda ziyarət edərdik.

Bağışla bizi Mübariz, biz sənin ardınca gələ bilmədik...

 

Nicat İSMAYILOV

Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Xəbər xətti

Poroşenko da Rusiya Federasiyasında axtarışa verildi
00:13 05.05.2024
“Qalatasaray” əsas hücumçusunu satmağa qərar verdi
23:44 04.05.2024
Sadiq Xan III dəfə London meri seçildi
23:27 04.05.2024
Xarkov atəşə tutulub, istehsalat zavodunda yanğın başlayıb
22:55 04.05.2024
Şəkidə iki nəfər GÜLLƏLƏNİB
22:32 04.05.2024
İsrail və Fələstin arasında razılıq əldə olunub
22:00 04.05.2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
21:33 04.05.2024
Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır
21:11 04.05.2024
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:50 04.05.2024
Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər
20:22 04.05.2024
Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb
19:55 04.05.2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır
19:29 04.05.2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
19:00 04.05.2024
Avropa Komissiyasının rəsmisi Ağdamda
18:35 04.05.2024
Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO
18:29 04.05.2024
ADB müşaviri: “Uyğunlaşma iqlim dəyişikliyi problemlərinin həllində mühüm elementdir”
18:00 04.05.2024
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub
17:35 04.05.2024
ABŞ Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı göstərəcək
17:04 04.05.2024
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
17:00 04.05.2024
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
16:40 04.05.2024
XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
16:20 04.05.2024
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI
16:00 04.05.2024
Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
15:40 04.05.2024
Saxta “Fairy”, “Ariel“, “Domestos” hazırlayan GİZLİ sex aşkarlandı
15:20 04.05.2024
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
15:00 04.05.2024
Prezident Türkiyə ilə imzalanmış daha bir Sazişi TƏSDİQLƏDİ
14:48 04.05.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
14:28 04.05.2024
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:15 04.05.2024
Sabunçuda yanğın olub
14:00 04.05.2024
Sabah 25 dərəcə İSTİ OLACAQ
13:45 04.05.2024
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
13:30 04.05.2024
Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
13:15 04.05.2024
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
12:30 04.05.2024
Bölgələrə yağış, Şahdağa isə qar yağıb - FAKTİKİ HAVA
12:15 04.05.2024
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər -YENİLƏNİB
12:00 04.05.2024
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:45 04.05.2024
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
11:15 04.05.2024
NATO Rusiyaya xəbərdarlıq etdi
11:00 04.05.2024
Yol Polisindən bu sürücülərə MÜRACİƏT
10:45 04.05.2024
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
10:30 04.05.2024
Hamısı