“Bizim gözləntilərimiz ümumi hadisələrdən əsaslanır. Avropa İttifaqı öz seçimlərini müxtəlif faktorlara əsaslanaraq edir”.
Ednews xəbər verir kİ, bu fikirləri ölkə prezidenti ADA - da “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda , Flint Qlobalın baş məsləhətçisi Bruno Maçaesin sualına cavabında bildirib.
“Türkiyə bunun ən yaxşı nümunəsidir. Türkiyə Aİ-na nümayəndəlik verəndən sonra təşkilata üzvlük üçün müraciət ediblər. Buna baxmayaraq, Türkiyə əhalisi əsasən müsəlmanlardan ibarət olan bir ölkə kimi ittifaqa qoşula bilmədi. Azərbaycan da əhalisi müsəlmanlardan ibarət bir ölkə kimi Aİ-na qəbul olunmayacaq. Ona görə də, biz niyə Avropa ittifaqına çüracitə etməliyik? Bunlar Aİ-nın apardığı siyasətin əsas faktorlarından biridir”.
Fərid Axund