“Xocalıdan qayıtdıqdan sonra içkiyə başladım” İngilis jurnalist: “Ermənilərə rəğbət bəsləyirdik”

Müsahibələr 18:07 19.02.2020

 “Öləndə hamımızın qırılmış, əzilmiş “kukla”lara bənzədiyimizi görmək məni şok etdi”

“Həmin an bütün bədənimin keyidini hiss etdim”

“O, mənə təzyiq göstərmədi, situasiyanı başa düşməyimə kömək etdi”

Helen Vomak: “Britaniyalıyam. 1985-ci ildən 2015-ci ilə qədər 30 il Moskvada işlədim. “Reuters”, “İndependent”, “The Times” (London) və Avstraliyanın “Fairfax” (The Sydney Morning Herald and The Age of Melbourne) qəzetlərində  çalışdım. Mən “The Ice Walk – Surviving the Soviet Break-up and the New Russia” (Melrose Books, 2013) adlı kitabın  müəllifiyəm. Budapeştdə yaşayıram. Hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığında (UNHCR) Əfqanıstandan, Yaxın Şərq və Afrikadan olan qaçqınların Avropadakı yeni həyatlarına necə uyğunlaşdıqlarını öyrənən bir elmi məqalə yazaram”.

Helen Vomak 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının canlı şahidlərindəndir. Həmin vaxt İngiltərənin məşhur  “İndependent” qəzetinin əməkdaşı olan Helen Vomak Xocalı soyqrımı ilə bağlı Azərbaycana səfər edib, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri öz gözləri ilə görüb və bununla bağlı mətbuatda məqalələrlə çıxış edib.

Eurasia Diary-nin məlumatına görə bu barədə Helen Vomak, HafizTimes.com-un suallarını cavablandırarkən söyləyib:

- Xocalını necə xatırlayırsınız?

- Həqiqətin tədricən üzə çıxdığı çox ağrılı bir təcrübə idi.

“Bütün müharibələr dəhşətlidir və hər iki tərəfdə də daima nöqsanlar olur”.

- Ancaq Moskvadan müharibə bölgəsinə getmək heç də asan olmadı. Ermənilər, onların xarici ölkələrdəki diasporaları media ilə əlaqələrini daha yüksək səviyyədə təşkil etmişdilər. Beləliklə, görünürdü ki, biz – jurnalistlər Ermənistana daha çox rəğbət bəsləmişik.

Xocalıda qorxunc bir hadisənin baş verdiyini eşitdik. Mənim işim hərbi itkilər və mülki əhalini qırğına məruz qoyan bir döyüşün olub-olmadığını müəyyən etmək idi.

Nəhayət biz gecenin bir vaxtında ora gedib çatdıq. Azərbaycanlı müşayətçi bizi əvvəlcə bir otelə dincəlməyə aparmaq əvəzinə, birbaşa olaraq Ağdamdakı məscidə apardı. Orada dəhşətli formada olan dörd meyit vardı.

Azərbaycanlıların bu hərəkəti peşəkar PR baxımından çox da ağıllı, məntiqli deyildi”

- Həmin vaxt biz çox yorğun idik və narahat olduq. Digər tərəfdən isə həmin dörd cəsəd həqiqətən də qırğın zamanı öldürülənə bənzəmirdi.

“Amma PR-ın bu qədər primitiv olması məni azərbaycanlıların həqiqəti söylədiyi barədə düşündürdü”.

- Ertəsi gün məscidin qarşısına toplaşan insanlar öz qohumlarını axtarmağa başladılar. Onların çoxu dağlarda itkin düşmüşdülər. Qəbristanlığa getdik. Gördüm ki, qadınlar ən azı 75 təzə qəbirin üzərində fəryad edirlər. Bəzi qəbirlərin üzərini “kukla”larla bəzəmişdilər. Orada uşaqların, gənclərin dəfn edildiyini öyrəndik. Dəmiryol stansiyasındakı qatar vaqonlarını təcili yardım xəstəxanasına çevirmişdilər. Oradakı həkimlərdən, yaralılardan müsahibə götürdüm.

Və mənə aydın  oldu ki, həqiqətən də Xocalıda mülki əhaliyə qarşı qətliam törədilib. Əvvəllər mən, məsələn 1988-ci ildə baş verən zəlzələ zamanı ermənilərə qarşı rəğbət hissi ilə yazmışdım.

“Lakin bu dəfə Xocalı qurbanlarının azərbaycanlı olduqları barədə məlumat yaymaq mənim borcum idim”.

“Mən gördüklərim barədə məlumat verdim. Həmin qeydlərimə də əsaslanıram. Ancaq ümumilikdə mən Dağlıq Qarabağ məsələsində neytral və balanslıyam. Hazırkı situasiya ilə bağlı heç bir fikrim yoxdur. Çünki son vaxtlar bu münaqişəni izləmirəm”.

- Siz Xocalıda daha nələr gördünüz?

- Məsciddəki meyitxanada dörd cəsəd gördüm; qohumlarını axtaran izdiham, Ağdam qəbristanlığında ən az 75 yeni qazılmış qəbir üzərində ağlayan qadınları və qatar vaqonlarındakı yaralılar…

- Xocalıda sizə ən çox nə təsir etdi?

- Avtobusda azərbaycanlı bir jurnalist həmkarımla uzun söhbət etdik. Təəssüf ki, adını xatırlamıram. Amma onun zəkasını, mərhəmətini və qətiyyətini xatırlayıram. Bununla da dünya həqiqəti öyrənərdi. O, mənə təzyiq göstərmədi, situasiyanı başa düşməyimə kömək etdi…

- Ermənilər tərəfindən xüsusi amasızlıqla qətlə yetirilən insanların, uşaqların meyidlərini görən zaman hansı hissləri keçirdiniz?

 - Dəhşətli bir formada olan meyidləri görən zaman çox təsirləndim. Həmin vaxt 36 yaşım vardı. O vaxta qədər yaxından gördüyüm tək meyid tabutunda rahat yuxuda olan nənəm  idi. Öləndə hamımızın qırılmış, əzilmiş “kukla”lara bənzədiyimizi görmək məni şok etdi…

Qəbristanlıqda dəfn olunanların içərisində uşaqların olduğunu da öyrəndim. Qəbirlərin üzərində fəryad edən qadınların səsini eşitmək çox kədərli idi… Yaxınları, doğmaları dağlarda itkin düşmüş, xəsarət alanların hekayələrini dinləmək məni çox incitdi. Həmin an bütün bədənimin keyidini hiss etdim. Mən işimi görürdüm. Özümü birtəhər saxladım. Ancaq evə qayıdanda yerə yıxıldım… 

- Xocalıda öz gözlərinizlə gördüyünüz dəhşətli hadisə sizin şəxsi həyatınıza necə təsir etdi?

- Moskvaya qayıdanda dərhal sətəlcəm xəstəliyinə tutuldum. Bundan sonra psixoloji problem yaşamağa başladım. Müharibə müxbirlərinin bu barədə danışması düzgün deyil. Amma travma bizə də təsir edir.

- Ölümün bu qədər yaxın olduğunu görmək məni öz ölümüm barədə düşünməyə vadar etdi. Əvvəlcə uçmaqdan qorxdum. Sonra metroya minməkdən qorxdum. Təyyarələrdə özümü rahat hiss etmək üçün içməyə başladım. Amma başa düşdüm ki, bu uzun müddət həll olmayacaq. Çünki qısa bir uçuş zamanı üç saat qorxa bilsəniz, amma uzun bir uçuşda isə qorxu ilə 18 saat mübarizə apara bilməzsiniz. Sonda isə bədən sadəcə olaraq təslim olur və keyiyir.

- Ağdamda sizi müşayət edən azərbaycanlı bir əsgər sizə demişdi: “Siz bura gəlirsiniz, simpatiya göstərirsiniz. Amma bilirik ki, gedib fərqli şeylər yazacaqsınız”. Həmin əsgər həqiqəti söyləmişdi? İllər sonra ona nə demək istərsiniz?

- Mən onu başa düşürəm. Duyğularını dürüstcə ifadə etdi. Ümid edirəm ki, onu incitmədim…

- Azərbaycana yenidən səfər etmək istərsinizmi?

O vaxt Bakıdan keçməklə yalnız Ağdama getmişəm. Amma Bakının gözəl bir şəhər olduğunu bilirəm. Fürsət yaranarsa və şərait uyğun olsa Azərbaycana getmək istəyərəm.

Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Xəbər xətti

Poroşenko da Rusiya Federasiyasında axtarışa verildi
00:13 05.05.2024
“Qalatasaray” əsas hücumçusunu satmağa qərar verdi
23:44 04.05.2024
Sadiq Xan III dəfə London meri seçildi
23:27 04.05.2024
Xarkov atəşə tutulub, istehsalat zavodunda yanğın başlayıb
22:55 04.05.2024
Şəkidə iki nəfər GÜLLƏLƏNİB
22:32 04.05.2024
İsrail və Fələstin arasında razılıq əldə olunub
22:00 04.05.2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
21:33 04.05.2024
Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır
21:11 04.05.2024
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:50 04.05.2024
Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər
20:22 04.05.2024
Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb
19:55 04.05.2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır
19:29 04.05.2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
19:00 04.05.2024
Avropa Komissiyasının rəsmisi Ağdamda
18:35 04.05.2024
Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO
18:29 04.05.2024
ADB müşaviri: “Uyğunlaşma iqlim dəyişikliyi problemlərinin həllində mühüm elementdir”
18:00 04.05.2024
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub
17:35 04.05.2024
ABŞ Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı göstərəcək
17:04 04.05.2024
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
17:00 04.05.2024
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
16:40 04.05.2024
XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
16:20 04.05.2024
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI
16:00 04.05.2024
Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
15:40 04.05.2024
Saxta “Fairy”, “Ariel“, “Domestos” hazırlayan GİZLİ sex aşkarlandı
15:20 04.05.2024
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
15:00 04.05.2024
Prezident Türkiyə ilə imzalanmış daha bir Sazişi TƏSDİQLƏDİ
14:48 04.05.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
14:28 04.05.2024
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:15 04.05.2024
Sabunçuda yanğın olub
14:00 04.05.2024
Sabah 25 dərəcə İSTİ OLACAQ
13:45 04.05.2024
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
13:30 04.05.2024
Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
13:15 04.05.2024
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
12:30 04.05.2024
Bölgələrə yağış, Şahdağa isə qar yağıb - FAKTİKİ HAVA
12:15 04.05.2024
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər -YENİLƏNİB
12:00 04.05.2024
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:45 04.05.2024
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
11:15 04.05.2024
NATO Rusiyaya xəbərdarlıq etdi
11:00 04.05.2024
Yol Polisindən bu sürücülərə MÜRACİƏT
10:45 04.05.2024
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
10:30 04.05.2024
Hamısı