Avropada yaşayan azərbaycanlı şairin sirri

Yazarlar 12:16 01.03.2024

Ednews yazar Ayxan Ayvazın şair Xaqani Qayıblının doğum günü münasibətilə yazdığı “Əmi” yazısını təqdim edir:

Xaqani əmi... Qoy mən yazıya belə başlayım. Çünki şair Xaqani Qayıblı hər şeydən əvvəl mənim üçün əmidir. Əsl əmi. Adı əmi olub, özü əmi olmayanlardan yox. Doğrudan da, Xaqani Qayıblı mənim üçün sözün əsl mənasında əmidir. Elə adamlar var, doğmadılar. Bu, başdan belə olub. Sənin qanından olmasalar da, doğma sayılırlar. Doğmalıq, qanla olmur ki! İllərdir sənə qohum olan birinin, əslində, doğma olmadığını başa düşürsən. Bu mənada Xaqani Qayıblı mənim üçün istisnadır. Bəlkə də, ürəkdən “əmi” deyə biləcəyim iki-üç nəfərdən biridir. 

O gün yaddaşımı qurdaladım ki, Xaqani əmini ilk dəfə nə vaxt görmüşəm. Düzünə qalsa, yadıma düşmədi. Bəlkə də, körpə vaxtı Xaqani əminin qucağında olmuşam. Məni yelləyə-yelləyə alnımdan öpüb. Qucağında yırğalaya-yırğalaya oxşayıb, əzizləyib. Çünki Xaqani əmini lap çoxdan tanıdığımı düşünürəm. Elə bu dünyaya gələndən bu yana. 

Hərdən bir atamla telefonda danışırdılar. Xaqani əmi haradasa uzaq şəhərdə yaşayırmış. Atam o vaxt Estoniya deyəndə, xəritədə baxmışdım. Estoniyada Xaqani əmi yaşayır. Nə maraqlı! Bizim bir doğmamız dünyanın ən gözəl ölkəsindədir. Hələ atam deyəndə ki, o, prezidentin tərcüməçisidir, daha da həyəcanlanmışdım. Açığını deyim, Xaqani əmini təsəvvürümdə quru, rəsmi, adamayovuşmaz kimi qurmuşdum. Sən demə, elə deyilmiş. Atam telefonu mənə verəndə, ilk dəfə Xaqani əmi ilə danışanda uzaq Estoniyadan onun doğma, ləhcəli səsini eşitmişdim və buna hədsiz təəccüblənmişdim. Xaqani əmi Borçalı ləhcəsi ilə danışırdı. Özü də Estoniyada. Özü də prezidentin tərcüməçisi idi. Qulaqlarıma inana bilmirdim. Elə bilirdim ki, Xaqani əmi mənimlə zarafatlaşır. Yəqin, zarafatla bizim ləhcədə danışırdı deyə düşünmüşdüm. Elə deyilmiş. Sonralar başa düşəcəkdim ki, əslində, Xaqani Qayıblı nə qədər uzağa getsə də, öz doğmalığından, öz təbiiliyindən heç nə itirməyəcək. Elə adamlar var axı, siz də bilərsiniz, ayağını bir az yad yerə basan kimi başlayır oralı kimi danışmağa. Biz tərəflərdə bu qəbulolunmazdır. Getdin bakılılar kimi danışdın deyirlər. Bakıda qalandan bir xeyli sonra kəndimizə yay tətilinə gəlmişdik. Onda hamımız bakılılar kimi danışırdıq. Bibim əsəbiləşmişdi: “Bu bakılı sözlərini haradan öyrənmisiniz?” Sonra bilmirəm nə baş verdi, biz qəflətən öz kəndimizin doğma, şirin ləhcəsi ilə danışmağa başladıq. Bircə bacım çətinlik çəkdi. Bu doğma ləhcəni uzun illərdir unutmuşduq. Halbuki atam evdə bu ləhcə ilə danışırdı. Atam kəndimizi özü ilə daşıyırdı. Lakin biz o ləhcəyə fikir verməmişdik. Onda mənə qəribə gəlmişdi ki, buradan bura biz öz doğmalığımızı, təbiiliyimizi itirmişik, amma Xaqani əmi o boyda uzaq yerdə öz ilkinliyini unutmayıb. Zamanla bu qəribəliyin üstünə heyrət də gəldi. Çünki Xaqani əmi təkcə o doğmalığı, o təbiiliyi itirməmişdi. Həm də o təbiiliyə, o doğmalığa tez-tez baş çəkirdi. Əlinə düşən fürsətdə bizim xeyir işimizə, yasımıza özünü yetirirdi. Xaqani Qayıblının sevinci də səmimi idi, ağlamağı da. Düz sözümdür. Heç vaxt onu nəyinsə xətrinə sevindiyini, nəyinsə xətrinə ağladığını görmədim. Xaqani əmi hər şeyi olduğu kimi, təbii qəlibində yaşayırdı. Onun dünyasında riyakarlığa, yalana, saxtakarlığa yer yox idi. Bəlkə də, hamını ona sevdirən də budur. Xaqani əmini sevməyən adam görməmişəm. Vallah, çox xoşbəxt adamdır. Heç kimin ondan zəhləsi getmir. Çünki mümkün deyil. Xaqani əmiyə necə nifrət edəsən? Axı o təbiət kimi saf və təmizdir. Onun mayasında heç bir kimyəvi qatqı yoxdur. 

Yadıma düşmür ki, Xaqani əmi nə vaxtsa öz şairliyini üzə vurub. Mən onu tanıyanda heç şair olduğunu bilmirdim. Yaşlı şairlərin belə xasiyyəti olur. Yaşlı deyəndə pis başa düşməyin, məndən yaşca böyükləri nəzərdə tuturam. Hə, onlar bir də görürsən kafedə oturub sənə nəsə məsləhət verir, özünün səndən üstün olduğunu gözə soxur. Mən isə Xaqani əmidə nəinki belə bir şey görməmişəm, heç onun şair olduğunu da bilməmişəm. Çünki heç vaxt özü bu haqda danışmayıb. Bizim söhbətlərimiz çox vaxt atamdan, onların dostluğundan olub. Atamın itkisinə ən çox ağrıyan da Xaqani əmi olub. Mən atamı, o isə ən yaxın dostunu itirib. Ayvazın adı gələndə Xaqani əminin gözləri dolur. Yadıma düşür, bir dəfə Xaqani əmi mənə demişdi ki, atanla telefonla danışırdıq, birdən dedi, Ayxan da yazıçı oldu. Sən demə, atam sevinibmiş yazıçılığıma. Halbuki mənə heç bu sevinci göstərməmişdi. Gizli saxlamışdı o sevinci. İllər sonra, atamın yoxluğunda Xaqani əmi bu sirri mənə açdı. 

Mən Xaqani əminin xətrini çox istəyirəm. Çünki bilirəm ki, bu dünya pislərin, şərin üzərində qurulub. Pis adamlar, şər dünyanı idarə edir. Bu dünyada yaşamağın yeganə yolu yaxşı şeylər tapıb onunla təsəlli tapmaqdır. Mən Xaqani əmi və onun kimi insanların varlığı ilə təsəlli tapıram. İstəyirəm ki, onlar həmişə bu dünyada olsunlar. Heç vaxt yanımızdan ayrılmasınlar. Çünki şərin dişini qıcayıb hücuma müntəzir dayandığını bilirəm.

Xaqani əmi, səni çox istəyirik. Yəqin, bu gerçəyi özün də bilirsən. Yeni yaşın qutlu olsun! Həmişə bu dünyada ol ki, şər qalib gəlməsin. 

DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO

Xəbər xətti

İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
Hamısı