Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.