Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib.
Ednews xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.
Budəfəki marafonda qadınlar arasında ukraynalı iştirakçı Nataliya Semenoviç birinci olub. Xatırladaq ki, Nataliya Semenoviç “Bakı marafonu-2023”ün də qalibi idi.
Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim edilib.