Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik

Siyasət 21:33 26.04.2024

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata görə, əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.

Andrija Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 15 illiyinin qeyd olunduğu vurğulanıb. Bildirilib ki, bu illər ərzində bir sıra sahələrdə münasibətlərimiz müsbət inkişaf yolu keçib.

S.Qafarova göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib.

Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunaraq, vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.

Səfərin Milli Məclisin sədri kimi Monteneqroya ilk rəsmi səfəri olduğunu bildirən Sahibə Qafarova bu ölkə parlamentinin rəhbərləri ilə baş tutmuş görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı dostluq qruplarının birgə fəaliyyətinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Tərəflər parlament komitələri arasında da əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

S.Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib. O, Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xatırladaraq, deyib ki, hazırda Azərbaycanın təşəbbüsü ilə ölkəmizin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.

S.Qafarova, hazırda sülh sazişi üzrə danışıqlar haqqında məlumat verərək, Emənistanla Azərbaycanın bu gün sülhə yaxın olduqlarını bildirib. O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verməsinin iki ölkənin heç bir vasitəçilik və kənar müdaxilə olmadan birbaşa danışıqlar yolu ilə müsbət nəticə əldə edə biləcəyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri təəssüflə bəzi dövlətlərin, ilk növbədə Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib. Spiker diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlarda Azərbaycanın yeni müharibəyə hazırlaşması yönündə uydurma, həqiqətdən uzaq iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, antiazərbaycan siyasəti həyata keçirir. Onun sözlərinə görə, Fransa həmçinin Ermənistanı da silahlandırır ki, bu da sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşmadır.

S.Qafarova aprelin 25-də Avropa Parlamentinin (AP) Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq, yalan və saxta məlumatlar üzərində qurulmuş qətnamə qəbul etdiyini xatırladaraq, AP-nin bu addımını ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib. O, bu təşkilatın Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrildiyini deyib.

Monteneqro Parlamentinin sədri Andrija Mandiç isə deyib ki, onun ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O, imzalanacaq sülh sazişinin regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra iki ölkənin spikeri Monteneqro parlamentində yaradılan "Barbara Prammer Demokratiya Emalatxanası"nda da iştirak ediblər. Spikerlər burada şagirdlərlə görüşüb, onların suallarını cavablandırıblar.

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Hamısı