Xəbər verdiyimiz kimi, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında üç ölkənin enerji sistemlərini birləşdirmək barədə Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu enerji əməkdaşlığı hansı sahələri əhatə edir? Qeyd edək ki, dünən Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov Özbəkistana səfərə gedib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Ednews-a açıqlaması zamanı qeyd edib ki, memorandum daha çox bərpa olunan yaşıl enerji sahəsində əməkdaşlığı özündə əhatə edir:
“Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında yaxın gələcəkdə elektrik enerjisi ötürülməsi sistemlərinin qurulması planlaşdırılır. Azərbaycanda istehsal edilən yaşıl enerjinin Avropa bazarlarına ötürülməsi məqsədilə tərəfdaş ölkələrin Azərbaycanın Gürcüstanın iştirakı ilə öturmə xətlərinin tikintisi layihəsi icra edilir. Bənzər bir tələbat Xəzər üzərindən də ortaya çıxacaqdır. Çünki burda enerji sistemlərinin inteqrasiyasi söhbət fiziki inteqrasiyadan gedir və təəssüf ki, Özbəkistan Qazaxıstan arasında bu inteqrasiya bü gündə var, amma eyni zamanda bunun Azərbaycan və ölkəmizdən sonra da digər bazarlara ötürülməsi üçün mütləqdir ki Qazaxıstanla Azərbaycanın elektrik enerjisi təchizatı sistemi inteqrasiya olunsun”.
Ekspert düşünür ki, gələcəkdə layihənin ortaya çıxması böyük ehtimalla həyata keçirilməsi planlaşdırılır:
“Eyni zamanda bərpa olunan mənbələrdən istehsal olunan enerjinin beynəlxalq ötürülmə sistemlərinədə inteqrasiyası ayrı bir mərhələdir ki, hər bir ölkə öz daxilində müvafiq fəaliyyətlər icra etməlidir. Bəzən enerji sistemləri xüsüsilə də alternativ enerji bərpa olunan enerji layihələri daha çox kompakt xarakterli daşıyır və lokal sənayeyə və icmaya xidmət etdiyi üçün o ümümi ötürmə sistemlərini inteqarsiya olub. Amma belə bir halda həmin enerjini ölkələrarası ötürmə sistemlərinə inteqrasiya edilməsi zərurətinidə yaradacaqlarki lokal səviyyədə ölkələr səviyyəsindəki, ölkələr müvafiq istiqamətdədə addımlar atmalıdırlar. Amma bu kimi lahiyələr çox uzun müddətli lahiyələrdir. Bu memorandumlar ümümiyyətlə niyyəti bildirən memorandumalardır və konyukturdan mühitin inkişaf dinamikasından asılı olaraq bu yanaşmalar dəyişədə bilər, fərqli məcraya yönələdə bilər. İndiki halda gördüyümüz ondan ibrarətdirki sadaladığımız istiqamətlərdə bir niyyət vardır. Təbii ki, bu həm hər bir ölkə üçün fövqəladə hallarda enerji təminatının dayanaqlığını formalaşdırmağa xidmət edirsə digər tərəfdən də bölgənin alternativ və yaşıl enerji potensialının bazarlarının genişləndirilməsinədə buraya digər şəkildə töfhə verir”.
Xəyal Ramiz