Azanın Azərbaycan dilində səslənməsini niyə TƏKLİF ETDİM? – Oğuz Ayvaz yazır...

Yazarlar 14:05 18.09.2023

Ötən günlərin birində status yazdım ki, məscidlərdə azan Azərbaycan dilində səsləndirilsin. Fikrimə qarşı xeyli irad, tənqid, təhqir, hətta söhbətə çağıranlar da oldu. Bu cür aqressiyanı anlaya, dərk edə bilməkdə çətinlik çəkirəm. Xüsusən, kəskin tənqidlər dindarlardan gəldi. Axı, mən İslam dininə qarşı təhqir, yaxud da alçaldıcı heç bir fikir demədim. 

Bir qələm adamı kimi öz fikirimi yazdım. Aydın olur ki, statusun məğzini genişləndirməli, daha izahlı yazı yazmalıyam. Bir çox qəsəbələrdə, məhəllələrdə, elə şəhərin göbəyində məscidlər var. Bu məscidlərdə gün aşırı azan səsi eşidilir. Kütlə bu səsi eşidir, amma az adam bu səsin nələr dediyini anlayır. Ona görə də demək olar ki, kütlə azan səsinə bir o qədər də əhəmiyyət vermir. Təsəvvür edin ki, bu səs öz ana dilimizdə eşidilsəydi. Azanın bir qisminin Azərbaycan dilində təcüməsi belədir:

“Allah böyükdür! Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir. Şəhadət verirəm ki, Əli Allahın vəlisidir. Namaza tələsin. Nicat tapmaq üçün tələsin. Ən xeyirli əmələ tələsin”. 

Bu sözləri hər gün eşidən insan, istər-istəməz Allah sözünü eşidəcək və bəlkə də getdiyi pis yoldan çəkinəcək, tutduğu əməldan tezliklə peşman olacaq, günah işlərindən geri qayıdacaq, vicdanı oyanacaq. Bunun nəyi pisdir? 

Mən heç kimi dini inancına görə sorğulamıram, buna heç bir halda haqqım çatmaz. Cəmiyyətimizdə din adından istifadə edən o qədər mollalar, din xadimləri var ki... Onlar toplumun cahilliyindən istifadə edib az iş görmürlər. Düşünürəm ki, Quranı, Azanı Azərbaycan dilində təqdim etsək, insanlar üçün daha anlaşılan, dərk edilən olardı. Bilmədiyimiz ərəb dilindən eşitməkdənsə, mənasını anlaya bildiyim sözləri eşitmək daha yaxşı olmazdırmı? Allah təkcə ərəb dilində bilirmi? 

Tarix səhifələrini çevirsək, bu barədə Mustafa Kamal Atatürkün Quranın, azanın türk dilində tərcümə olunması ilə bağlı faktlar yada düşür. 

Atatürk Qurani-Kərimin mənasını bilmədən oxuduğunu görüb, millətinin inandığı müqəddəs kitabın məzmunundan xəbərdar olmasını istəyirdi. Qurani-Kərimin türk dilinə tərcümə və təfsirinə cəhdlər edilmişdir. Tərcümə və təfsir işləri başa çatdıqdan sonra Qurani-Kərim türk dilində on min nüsxə çap edilib və bütün xərclər Atatürk tərəfindən qarşılanıb. Atatürk Qurani-Kərimi dərk etmədən oxumağın insana savab qazandıracağını, ancaq ibadəti əvəz etməyəcəyini söyləmişdi. Atatürk türkcə xütbə və azan oxunması ilə bağlı araşdırmaların aparılmasını istəyir, təyin etdiyi ruhanilərin işini yaxından izləyirdi. O, məscidlərdə camaata oxunan ərəb moizələrinin insanlar tərəfindən başa düşülmədiyini deyirdi. İstəyirdi ki, xütbələr onun öz dilində, yəni türk dilində olsun ki, camaat deyilənləri başa düşsün. Ancaq tarix göstərdi ki, Atatürkün təklif etdiyi məsələ həll yolunu tapmadı. 

Hər halda mənim də təklifim birmənalı qarşılanmadı. Yazımı burda sonlayıram. Cəhd elədim ki, yazdığım statusu sizə izah edim.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İbrahim Rəisi bu gün Ermənistana gedəcəkmiş
00:12 20.05.2024
Azərbaycan voleybol millisi ikinci dəfə məğlub oldu
23:44 19.05.2024
Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
23:02 19.05.2024
Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir
22:34 19.05.2024
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
22:00 19.05.2024
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
21:21 19.05.2024
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
21:00 19.05.2024
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
20:35 19.05.2024
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Hamısı