“Erməni soyqırımı” uydurmasının mənşəyi, hədəfləri və nəticələri - Tarixçi alim

Analitika 14:00 30.10.2023

“Müasir dünyanın həyatında çox hallanan məsələlərindən biri son yüzillik dövründə ayrı-ayrı xalqlara və millətlərə münasibətdə kütləvi qırğınların törədilməsi və bu hərəkətlərin “soyqırımı” adı altında tanınmasıdır.” 

Bunu “Erməni soyqırımı” uydurmasının mənşəyi, hədəfləri və nəticələrindən Ednews-a danışan tarix üzrə fəlsəfə doktoru, Tətbiqi Tədqiqatlar Fondunun (TTF) sədri İbrahim Əliyev deyib:

"Dünyada bu və ya digər xalqa və millətə qarşı törədilmiş cinayətə ədalətli qiymət verilməsi, soyqırım hərəkətini törədənlərin ictimai mühakiməsi və lənətlənməsi dünyada ədalətin bərqərar olması üçün nə qədər vacib olsa da, bu məsələdən məkrli məqsədlər üçün istifadə edilməsi zərərli bir tendensiya kimi diqqəti cəlb edir. Belə cəhdlərdən biri də “erməni soyqırımı” adı altında geniş təbliğ edilən, onun vasitəsi ilə bu və ya digər dövlətə təzyiq vasitəsi kimi istifadə olunan cəhdlər ədalətin bərqərar olmasına deyil, mürtəce qüvvələrin məqsədlərinə xidmət edir".

Fəlsəfə doktoru onu da əlavə edib ki, Ermənistan dövləti böyük canfəşanlıqla guya 1915-ci ildə I dünya müharibəsi gedişində baş vermiş “erməni soyqırımı” -nın 100 illiyini qeyd ediblər:

"Bununla onlar  bütün dünyanın diqqətinin bu hadisəyə cəlb etməyə, “əzabkeş erməni” obrazını insanların təsəvvüründə əbədiləşdirməyə, öz məqsədlərinə bunun yolu ilə çatmağa çalışırlar. Artıq neçə illərdir ki, ermənilər bunun haqqında dünyanın hər yerində geniş kampaniya aparır, dünya dövlətlərində “erməni soyqırımı”nın rəsmi tanınmasına və dəstəklənməsinə nail olmaq istəyirlər. Dünyanın bir sıra dövlətlərində onlar öz məqsədlərinə qismən çatsalar da, bütövlükdə həmin məsələ həmişə tərəddüdlərlə qarşılanır, onun həqiqətə uyğun olub-olmaması məsələsi ortaya çıxır. Ermənilərin hay-küylü təbliğat kampaniyası vasitəsilə lazım olan formada və məzmunda dünya ictimaiyyətinə sırınan “erməni soyqırımı”nın mahiyyətini, ortaya çıxma səbəblərin və məqsədlərini düzgün təsəvvür etmək üçün onun bir sıra məsələlərinə aydınlıq gətirilməlidir".

"Əvvəla onu demək lazımdır ki,  “erməni soyqırımı” məsələsi yalnız ermənilərə məxsus bir hadisə olmayıb, dünyanın nəhəng güclərinin hegemonluq uğrunda apardığı mübarizənin gedişində ortaya çıxmış məsələlərdən biridir. Hələ XVIII əsrdə müsəlman dünyası içərisində böyük xristian dövlətlərinin ekspansionist siyasətlərində “gərəkli” bir funksiyanı – işğalçı-müstəmləkəçi rejimlərinin yerlərdə dayağı olmaq funksiyasını yerinə yetirə biləcək amil kimi ermənilər artıq diqqəti cəlb edirdilər. XVIII əsrin I yarısında Rusiya imperatoru I Pyotrun ermənilərə maraq göstərməsi təsadüfi deyildi. Xristian ermənilərin müsəlman dünyası içərisində daimi yaşaması və tarixən ənənəvi olaraq kənardan gələn işğalçılara yerli əhali əleyhinə “xidmət” göstərməsi onları əvəzedilməz edirdi.  XVI-XVII əsrlərdən etibarən müsəlman dünyasına məxsus ərazilərə can atan və orada öz müstəmləkə mülklərini yaratmağa çalışan Rusiya, İngiltərə, Fransa və digər kolonialistlər öz işğalçı planlarında bu sahədə böyük təcrübəsi olan ermənilərə xüsusi yer ayırırdılar. Həmin dövlətləri müsəlman dünyasında ara qarışdırmaq, lazımi informasiyanı ötürmək, şeytanlıqla, xəyanətkarlıqla məşğul olmaq kimi ənənəvi funksiaları yerinə yetirən ermənilər bundan bəhrələnir, gördükləri işlərin müqabilində öz mükafatlarını – var-dövlət, geniş mülklər, münbit torpaqlar, böyük mənsəblər alır, özgə torpaqlarında kök salmağa çalışırdılar", deyə İ.Əliyev qeyd edib.

Onun sözlərinə görə, tarixdə “erməni məsələsi” kimi tanınan problem hələ ondan yüzilliklər öncə olmuş “Şərq məsələsinin” tərkib hissəsi kimi XIX əsrin II yarısında formalaşdırılaraq irəli sürülüb:

"Həmin “erməni məsələsi”   mahiyyətini saxlayaraq cüzi dəyişikliklərlə müasir dövrə qədər gəlib çıxmışdır. Yeridilən məqsədyönlü antimüsəlman, antitürk siyasətinin adı zaman-zaman dəyişdirilsə də, məsələnin mahiyyəti dəyişməmişdir. Son yüzilliklər ərzində erməni amilindən daha çox istifadə edən dövlət Rusiya imperiyası və onun davamçısı olan Sovetlər dövləti olmuşdur.  Rusiyanın Qafqazda möhkəmlənməsi, onun burada özünə dayaq yaratmaq üçün yeritdiyi siyasət erməni amilini onlar üçün aktuallaşdırmış, türk-Azərbaycan ərazilərində erməni dövlətini yaratmaq, onu regionda təzyiq aləti kimi istifadə etmək ənənəsini formalaşdırmışdır. Rusiya dövləti erməni amilindən Qafqazda, xüsusən də  Cənubi Qafqazda imperiyanın tərkibinə qatılmış müsəlman-türk ərazilərində rus müstəmləkə hakimiyyətinin təhlükəsizliyinin təminatı üçün istifadə edirdisə, Osmanlı dövlətinə münasibətdə onun maraqları hegemon dünya dövlətləri olan İngiltərə, Fransa, Almaniya ABŞ kimi dövlətlərinin maraqları ilə kəsişirdi. Buna görə də ermənilər təkcə Rusiyadan deyil, həm də Qərb dövlətlərindən dəstək alır və regionda həmin dövlətlərin sifarişlərini həyata keçirməklə məşğul olurdular".

Tarixçi deyir ki, tarixin müxtəlif dövrlərində ermənilərin xəyanətkar mövqeyi haqqında kifayət qədər yazılmayıb:

"“Erməni soyqırımının” uydurma olması, dünyada türklərə və onların dövlətçiliyinə qarşı məkrli məqsədlərə qulluq etməsi barədə xeyli tədqiqat əsərləri yazılmışdır.  Türk tədqiqatçısı K.Gürün, amerikan alimləri Castin  və Korolin Makkartilər geniş arxiv materialları əsasında yazdıqları əsərlərində “erməni soyqırımının” uydurma olduğunu sübut etmişlər. Onlar göstərmirlər ki, ermənilərin istinad etdikləri 1915-ci il hadisələrində türklərin itkiləri ermənilərinkindən çox olduğu halda, soyqırımında danışmaq əsassızdır. Bu ideyanın uzun illər boyu yaşamasının və zaman-zaman qabardılmasının səbəbi isə onun “həqiqi məqsədlərinin” regionda türk dövlətinə və türk dünyasına qarşı dəstəklənən siyasətin yeridilməsidir. Bu ideyadan vasitə kimi istifadə edən beynəlxalq güclər elə bir məsələni vasitə kimi seçmişdilər ki, o erməni tamahında və avantürasında kök sala bilmişdir. Ermənilər belə bir “xidməti” göstərməklə onun haqqı kimi türk dövlətləri hesabına ərazilərini genişləndirmək, soyqırıma görə kompensasiya almağa ümid edirlər. Lakin yaşanan tarix sübut edir ki, ermənilərin arzularına çatması  da xülyadan başqa bir şey deyildir. Bunu son onilliklər dövründə regionda gedən proseslər və baş verən hadisələr sübut edir. Ermənilərin hakim elitası “dünya” güclərinə “xidmət” müqabilində şəxsən özləri mükafatlar alır, əvəzində isə öz xalqını bu siyasətə qurban verir, onları böyük dövlətlərin regionda yeritdiyi siyasətin girovuna çevirirlər. Buna görə də “erməni soyqırımı” ideyası bütövlükdə böyük dövlətlərin Türkiyəyə, digər türk dövlətlərinə və müsəlman dünyasına qarşı yeritdiyi siyasətə xidmət edirsə, etmənistanın özündə erməni əhalisinin başını aldatmaq, onları “Böyük Etmənistan” xülyasından ayılmasına imkan verməmək, onları alət kimi istifadə edilməsini təmin etmək məqsədinə xidmət edir".

İbrahim Əliyev onu da vurğulayıb ki, “erməni soyqırımı” ideyasının dəstəklənməsinə dünyada böyük vəsaitlər xərclənir:

"Bunun üçün külli miqdarda kitablar çap olunur, təbliğat kampaniyaları həyata keçirilir. Bir sıra dövlətlərdə  “Erməni soyqırımı” bir fakt kimi təsdiq edilir. Haqqında danışılan məsələdə maraqlı məqamlardan biri də xalqlar dostluğunu özünə bayraq etmiş, beynəlmiləlçilik mövqeyindən çıxış edən Sovet dövlətinin həmin məsələyə münasibətdə yeritdiyi siyasət, atdığı praktik addımlardır. Qeyd etmək lazımdır ki, “erməni soyqırımı” ideyasının formalaşdırılması və təbliğində Sovet dövlətinin və onun hakim elitası olan Kommunist partiyasının rolu böyükdür".

Tarixçinin qeydlərinə görə, sovet dövləti və hakim kommunist partiyası təkcə dövlət daxilində erməni şovinizmini dəstəkləməklə kifayətlənmirdi:

"O həm də Erməni amilinin gücləndirilməsi və erməni əhalisinin sayının xaricdən köçüb gələnlər hesabına artırılması qayğısına qalır, xaricdə müxtəlif ölkələrdə müxtəlif ölkələrdə müxtəlif adlar altında maskalanmış erməni təşkilatlarına maddi və mənəvi yardım göstərirdi. 1986-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu ermənilərin 50 ildən artıq bir dövrdə SSRİ-yə köçürülməsinin vaxtının bir qədər də uzadılması və xaricdə fəaliyyət göstərən erməni qurumlarına yardım edilməsi haqqında qərar qəbul etmişdi". 

"Bu gün Sovet dövləti yoxdur, lakin onun dövründə yeridilən siyasət davam edir. Ermənistan regionda təcavüzkar siyasətini davam etdirir. Onun ideoloji əsaslarında vacib yer tutan “erməni soyqırımı” ideyası təlqin edilir. Onun ilbəil tarixinin qeyd olunmasına qızğın hazırlıq gedir. Lakin Ermənistan dövlətinin uğursuz daxili və xarici siyasəti nəticəsində dilənçi vəziyyətinə düşmüş Ermənistan əhalisinə bunun lazım olmadığı göz qabağındaır. Onlara bu gün qondarma bir ideyanın diktəsi altında düşmənçilik etmək deyil, qonşuları ilə nörmal münasibətlər qurmaq, işğaldan imtina edib öz əhalisinin rifahı haqqında düşünmək vacibdir. Onların xilası və tərəqqisi də məhz bu sualların cavabından asılıdır", - İ.Əliyev sonda vurğulayıb. 

 

Əkbər Novruz

 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İbrahim Rəisi bu gün Ermənistana gedəcəkmiş
00:12 20.05.2024
Azərbaycan voleybol millisi ikinci dəfə məğlub oldu
23:44 19.05.2024
Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
23:02 19.05.2024
Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir
22:34 19.05.2024
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
22:00 19.05.2024
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
21:21 19.05.2024
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
21:00 19.05.2024
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
20:35 19.05.2024
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Hamısı